Bizim Alıcı olduğunuz üçün IDEAL şirkəti Sizə öz təşəkkürünü bildirir!
 

Biz mağazalarımızın ziyarətinin Sizə zövq və xeyir verməsi uğrunda çalışırıq.
 
Endirim Kartlari 
2009-cu ilin iyun ayının 1-dən “IDEAL” parfümeriya və kosmetika mağazalar şəbəkəsində yeni İDEAL Endirim kart sistemi tətbiq olunmuşdur. Endirim kart sahibləri IDEAL” parfümeriya və kosmetika mağazalar şəbəkəsinin daimi müştəriləri sayılır və aşağıdakı imkanlara malikdirlər: 
Müvafiq qaydalara uyğun “IDEAL” mağazalarındakı alış-veriş üçün endirimin əldə edilməsi; Şirkət və onun partnyorları barədə olan xəbərlərlər, aksiyalar, xüsusi təkliflər haqqında məlumatlandırma; 
Yığımlar haqqında məlumata, kart üzrə alışların tarixçəsinə çıxış; 
“IDEAL”- ın loyallıq proqramından individual xüsusi təkliflərə çıxış; 
Tələblərin yerinə yetirmə sisteminə çıxış. 
“IDEAL” Endirim kartı “IDEAL” şəbəkəsinin istənilən mağazasında endirimlərin yığımına əsaslanan sisteminin istifadəsinə hüquq verir.

 
Endirim kartların istifadə üsulu: 
“IDEAL” parfümeriya və kosmetika mağazalar şəbəkəsinin Endirim kartı Alıcıya – fiziki şəxsə - “İDEAL” şəbəkəsinin mağazalarından 100 manatlıq alış-veriş etdikdə onun istəyilə təmənnasız verilir. 
Bunun üçün Alıcı ona verilən anketi doldurmalı və endirim əldə etmək üçün hüquq verən Endirim kartın istifadə qaydaları ilə razılaşmalıdır, həmçinin şirkət tərəfindən keçirilən lotereya, mükafat oyunları və reklam aksiyalarında iştirak etməlidir. 
Kart üzrə endirim kassada kartın qeydiyyatından dərhal sonra etibarlı sayılır. 
Endirim kart “İDEAL” şəbəkəsinin bütün mağazalarından nağd və ya köçürülmə yolu ilə alış-veriş etdikdə etibarlı sayılır. Endirim kart “IDEAL” şirkətinin mülkiyyəti hesab olunur, heç bir mükafatlandırma əvəzində üçüncü şəxsə verilə bilməz və yalnız “IDEAL” mağazalar şəbəkəsi daxilində şirkətin şərtləri əsasında paylanaraq yayıla bilər. 
Endirim kart üzrə endirim mövsüm hərracları və ya xüsusi aksiyaların keçirildiyi vaxt ərzində, həmçinin xüsusi qiymət kağızı ilə nişanlanan ucuzlaşdırılmış mala, parfüm-kosmetika dəstlərinə tətbiq olunmur, o cümlədən müəyyən malların siyahısı üzrə də məhdudlaşdırıla bilər. 
Endirim kartı üzrə toplamalar kart üzrə axırıncı alışdan etibarən 12 ay ərzində etibarlı sayılır. Bu müddət ərzində heç bir alışın baş tutmadığı halda Şirkət bir tərəfli olaraq belə kart üzrə toplamaları 1 səviyyə aşağı endirmə hüququnu özündə saxlayır. 
Üzürlü səbəblər olmadan VIP-kartdan 12 aydan artıq ardıcıl olaraq istifadə etmədikdə, həmçinin istifadəçi Endirim kartın istifadə qaydalarını pozduqda, habelə fors-major hallarla əlaqədar şirkət Endirim kartını ləğv etmək hüququna malikdir. Endirim kartının istifadə müddəti məhdudsuzdur. 
Hər Endirim kart öz unikal nömrəsinə malikdir və satıcıya – xəzinədara alışdan öncə təqdim olunur. 
İtirilmiş və ya yararsız hala gəlmiş kartların dəyişdirilməsi “IDEAL”-in istənilən mağazalarının kassalarına kartın sahibi müraciət etdiyi halda mümkündür. 
Endirimlərin təqdim olunması şərtləri və onların ölçüsü Endirim kartların sahiblərinə xüsusi xəbərdarlıq olunmadan dəyişdirilə bilər, bu barədə əlavə məlumatı şirkətin “IDEAL” mağazalar şəbəkəsinin satıcı-məsləhətçilərindən əldə etmək olar.
Verilmiş qaydalardan bixəbər olmaq Endirim kart sahibləri tərəfindən heç bir irada əsas vermir. 
Şirkət kartların istifadəsilə bağlı olan bilavasitə və ya dolayısı ziyanlara görə məsuliyyət daşımır. Şirkət sahibin qeydiyyat vaxtı təqdim olunan şəxsi məlumatlarının və həmçinin kartdan istifadə edərkən alınan məlumatların məxfiliyini təmin edir.
DİQQƏT: İtirilmiş endirim kartlarının balansı bərpa edilmir.

Hər alışınızın məbləği kartın balansına oturur.
Mağazalarımızda birdəfəlik 100azn məbləğində alış-veriş etdikdə Sizə 5% İDEAL endirim kartı təqadim edilir.
5%-lik endirim kartınızın balansı 600 azn həddinə çatdıqda, Siz artıq şəbəkəmizdə 10% endirim əldə edirsiniz.
5%-lik “Classic” endirim kartınız 0 balansı olan 10%-lik “Silver” İdeal endirim kartına dəyişilir.
10%-lik endirim kartınızın balansı 1400 azn həddinə çatdıqda 0 balansı olan 15%-lik “Gold” endirim kartı sahibi olursunuz. 15%-lik endirim kartınızın balansı 3500 azn həddinə çatdıqda Siz şəbəkəmizdə 20%  VİP endirim imkanını əldə edirsiniz. 1 20%-lik endirim kartınızın balansı 7500 azn həddinə çatdıqda, Siz  şəbəkəmizdə 25% endirim əldə edirsiniz və 20%-lik “VİP” endirim kartınız 0 balansı olan 25%-lik “Premium” İdeal endirim kartına dəyişilir.
 
Bildirmək istərdik ki, qeyd olunan kartları birdəfəlik alış-verişlə də əldə etmək olar.
Birdəfəlik 100 azn məbləğində alış-veriş etməklə Siz 5% “Classic” endirim kartı sahibi olursunuz. 
Birdəfəlik 350 azn məbləğində alış-veriş etməklə Siz 10% “Silver” endirim kartı sahibi olursunuz.
Birdəfəlik 600 azn məbləğində alış-veriş etməklə Siz 15% “Gold” endirim kartı sahibi olursunuz. Birdəfəlik 1200 azn məbləğində alış-veriş etməklə 20% “VİP” endirim kartı sahibi olursunuz. 
Birdəfəlik 3500 azn məbləğində alış-veriş etməklə i 25% “Premium” endirim kartı sahibi olursunuz. 
Endirim kartının arxasındakı məlumat: 
Bu endirim kartı müştərilərə İDEAL mağazalarında güzəştli şərtlərlə alış-veriş etmək imkanı verir. Xüsusi aksiya və təkliflər zamanı endirim kartına güzəştlər şamil olunmaya bilər. Endirim kartı İDEAL mağazalar şəbəkəsinin şəxsi mülkiyyəti hesab edilir və şirkət şərtlərə dəyişiklik hüququnu öz üzərində saxlayır. Kartların endirim faizindən asılı olmayaraq bəzi brendlər üçün güzəşt limitlidir. Kart itirilərsə, bu barədə dərhal marketing@ideal.az e-mailinə məlumat verilməlidir. Endirim kartlarının şərtləri ilə Siz www.ideal.az saytında və ya İDEAL mağazalar şəbəkəsinin istənilən mağazasında ətraflı tanış ola bilərsiniz.