Haqqımızda

İDEAL-kamillik iddiası ilə...

Kamillik iddiası ilə…Kamillik bəşəriyyətin,bəşər övladının daima can atdığı butun gözəllikərin cəmləndiyi ən yüksək zirvədir. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur - kiminin gücü, zəkasi yetmir,kimi də yari yolda tukənir.Biz IDEAL olaraq bu yolu qət etməyi qarşımıza məqsəd qoymuşuq. Əgər məqsəd varsa istənilən zirvəni fəth etmək olar.Kamillik zirvəsinin gözəlliyini, mükəmməlliyini görmək istəyirsinizsə bunu yalniz IDEAL sizə təqdim edə bilər.Bu səbəbdən də biz şərəflə yalnız Sizə layiq olan məhsulu təqdim edirik.
 
 
İDEAL kosmetika və parfümeriya sahəsində fəaliyyət göstərən milli riteylinq və distribyutor şirkətidir. Zirvədə qərarlaşmaq, ora yüksəlməkdən çox-çox çətindir. Ətrafa baxın – gündən günə Sizdən yaxşı olmaq istəyənlərin sayı çoxalır. Gənclik, gözəllik, yeni imkanlar … Lakin … İdeala yalnız yüksək rəqabət şəraitində nail olmaq mümkündür. Çünki bu hər zaman bir addım öndə və o birilərindən bir pillə irəlidə olmaq üçün stimuldur. Biz bunu dərk edirik! Şirkətimiz daima müştərilərə xidmət səviyyəsinin artırılması üzərində çalışır. Biz korporativ menecmentin səviyyəsini yüksəldir və öz fərdi imicimizi formalaşdırırıq. Səbəbi isə ondadır ki, biz mükəmməlik iddiasındayıq.
 
Həyatda əminliklə irəliləmək üçün məqsəd gərəkdir. Bizdə isə o vardır. Hər bir şəxsin adı fərdi olduğu kimi, şirkətin brendi də fərdidir. Məşhur kapitan Vrungeli xatırlayın: «Gəmiyə necə ad versən, o elə də üzəcək». İdeal təkcə Sizin mükkəməl görkəminiz deyildir. Bu, həm də həqiqi peşəkarlığa söykənən dəqiq menecment əsasında qurulan iş prinsipimizdir. Bizim missyamız sadə, məqsədimiz aydın, siyasətimiz isə şəffafdır. 
Əgər bilmək istəyirsinizsə biz nəyi əsas götürüb, nəyi önəmli sayırıq, buyurun, bizim sirrlərimiz yoxdur.
  • müştərilərlə işi daima yüksəltmək. 
 «İdeal» şirkəti pərakəndə satışla məşğul olduğu üçün bizim başlıca meyarımız Sizin bizə olan münasibətiniz və satılan məhsulların sayıdır. Başlıca məqsədimiz mümkün qədər böyük sayda müştəriləri yalnız çeşid zənginliyi ilə deyil, həm də qiymət müxtəlifliyi ilə cəlb etməkdir. Maliyyə imkanlarınızdan asılı olmayaraq Siz alınan məhsulların optimal seçimini edib, cürbəcür yığım yaratmaq imkanına yiyələnirsiniz. Eyni zamanda tam əmin ola bilərsiniz ki, Siz hər bir halda həqiqətən keyfiyyətli məhsul əldə edirsiniz. Axı bizim başlıca vəzifəmiz ekoloji baxımdan təmiz və sağlam məhsulun irəlilləməsinə yardım etməkdir. Artıq bu gün biz Sizə geniş çeşidli məhsullar təklif edirik. Bura parfümeriya və kosmetika ilə yanaşı, həm də alt qadın paltarı daxildir.
 
Biz istəyirik ki, Siz yalnız məhsullarımızdan deyil, həm də alqinin rahatlığından həzz alasınız. Bu səbəbdən şirkətimizin distribyutor şəbəkəsinin coğrafiyası durmadan genişləndirilir. Rahatlığınız və istənilən məhsulları əldə edə bilməyiniz üçün biz nəinki Bakının mərkəzində, eləcə də şəhərin sıx yaşayış məkanlarında mağazalar şəbəkəsini qururuq. Əgər siz bizim müştərimiz olub topdan alqıya üstünlük verirsinizsə, məhsullarımızın çatdırılmasını və daşınmasını biz öhdəmizə götürürük. Beləliklə öz vaxtınızı daha səmərəli qurmaq imkanı yaranır. Sağlamlığın və gözəlliyin qayğısına qalmaq təkcə paytaxtla məhdudlaşmır. Bu gün məhsullarımızı həm də Sumqayıt, Mingəçevir, Gəncə və Naxçıvan şəhərlərində əldə edə bilərsiniz. Yeri gəlmişkən məhsullar (Naxçıvan istisna olmaqla) yerlərə bilavasitə şirkətin öz nəqliyyat vasitələri ilə çatdırılır. İdeal şirkəti zamanla ayaqlaşmağa çalışır. 
Biz istəklərinizə çevik cavab vermək naminə informasiya texnologiyalarından geniş istifadə edirik. Artıq bu gün biz xüsusi diqqətlə elektron sifarişlər və müştərilərlə əlaqə sistemilərini qururuq. Bundan başqa hər bir ticarət obyektimiz və satdığımız hər bir məhsul haqqında sizin rəyiniz bizim üçün çox önəmlidir. Beləliklə şirkətimizin iki prinsipi elə bir tərzdə qurulmuşdur ki, alqı prosesi Sizin üçün bayram ruhlu hadisəyə çevrilərək Sizin üçün uzun müddət müsbət mənada yadda qala bilən bir mərasimə çevrilsin. 
Buna nail olmaq üçün isə Bizə
  • durmadan şirkətin menecmentini yüksəltmək, idarəetmədə səmərəli texnologiyalar və çevik üsullar tətbiq etmək gərəkdir. 
Səlist və davamlı menecment olmadan biznesdə uğur qazanmaq qeyri –mümkündür. Buna görə də bizdə dəqiq idarəetmə sistemi qurulmuşdur. İlk öncə biz fərdi korporativ mədəniyyət prinsiplərimizi formalaşdırırıq. Burada prinsiplərdə şirkətin dəyərləri fərdi maraqlardan üstündür. Əməkdaş üçün rahat iş mühiti, qarşılıqlı hörmət və çevik həvəsləndirmə sistemindən savayı nə ola bilər? Təəcüblü deyildir ki, bunun müqabilində biz məsuliyyətli, səmimi və vicdanlı münasibət əldə edirik. Komandada iş-bizim həm nailiyyətimiz, həm də şərtimizdir. Rəhbərlik və əməkdaşlar yekcins bir kollektivdir. Beləliklə biz nəinki qərarlarımızın tez bir zamanda gerçəkləşməsinə, həm də yaranan problemlərin çox qısa müddət ərzində həllinə nail oluruq. Bu problemlərin mümkün qədər az olması naminə biz durmadan əməkdaşlarımızın peşəkar səviyyələrinin artırılması istiqamətində çalışırıq. Bizim top menecerlər öz sahələrinin peşəkar mütəxəssisləridir. Onlar ən tanınmış tədris mərkəzlərində ixtisaslı biliklər əldə ediblər. Onlar tutduqları mövqelər üzrə dərin təcrübə və səriştəyə malikdirlər. İşçi heyətinin ixtisasının yüksəldilməsi menecmentin önəmli tərkib hissəsidir. Biz vaxtaşırı olaraq işçilərimiz üçün treninq və təlimlər təşkil edirik. Bir sözlə bütün fəaliyyətimizin başlıca hədəfi yaradıcı və məsuliyyətli iş mühitinin təmin olunmasıdır. Bizdə şirkətin reytinqinin yüksəlməsinə xidmət edən bütün yenilik və təşəbbüslər dəstəklənir. Burada başlıca dəyər «İdealın» komandasını və onun simasını təşkil edən insanların özləridir. 
Eyni zamanda biz biznes inkişafının etikası barədə düşünürük. Biz tam reallıqla dərk edirik ki, kosmetika və parfümeriya bazarı çox rəqabətli bir sahədir və buradakı mühit həmişə kifayət dərəcədə kəskin və sərt olacaqdır. Lakin bu ədalətsiz rəqabətə, yasaq olunmuş fəndlərdən istifadəyə, «Qara PR» - üsullarını tətbiq etməyə və s.bəraət qazandıra bilməz. Şirkət öz biznesini açıq rəqabət və ədalətli mübarizə prinsipləri əsasında qurur. Rəqabət bizim üçün daima təkmilləşdirməyi və öz üzərində davamlı iş tələb edən bir stimuldur. Bu səbəbdən biz gələcəyə əminlik və nikbinliklə baxırıq. 
İdeal – qüsursuz, mükəmməll bir obrazdır.
  • Ona nail olmaq üçün imicimiz üzərində işləmək tələb olunur. 
Biz qəti şəkildə əminik ki, haqqımızdakı rəy imicimizin təməlidir. Müştərilərə diqqətli, xeyirxah münasibət, təklif olunan məhsulların bütün çeşidi üzrə ətraflı biliklər, ticarət məkanlarının vahid bədii tərtibatı, işçi heyətinin yekcins geyim tərzi, müxtəlif PR və promouşn tədbirləri şirkətimizin imicinin formalaşdırılmasında əsaslı rol oynayırlar. Biz durmadan tanınan milli brendin yaradılması uğrunda işləyirik. 
Özü də İdeal kamillik iddiası ilə….